Masazırda “Çanqan” ZiL ilə toqquşdu: 19 yaşlı gənc... - Video

 Masazırda “Çanqan” ZiL ilə toqquşdu: 19 yaşlı gənc... - Video

Abşeron rayonu, Masazır kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Asayis.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Çanqan" markalı minik avtomobili və ZiL markalı yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi və vətəndaşın deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2007-ci il təvəllüdlü Nihad Fərhad oğlu Məmmədovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

16:10 - 14 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin