Azərbaycandan ilk müəllim Qırğızıstanda dilimizi tədris edir

 Azərbaycandan ilk müəllim Qırğızıstanda dilimizi tədris edir

Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üzrə qrant müsabiqəsi çərçivəsində Azərbaycandan ilk dəfə Qırğızıstana Azərbaycan dili müəllimi göndərilib.

Asayis.az xəbər verir ki, müəllim Ülkər Verdiyeva Bişkek şəhərində Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziyada və Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə Azərbaycan dilini tədris edir.

Dərslər əsasən kommunikativ və praktik yanaşma əsasında təşkil olunur. Şagirdlərin gündəlik ünsiyyət, danışıq, dinləyib-anlama, oxu və yazı bacarıqlarının inkişafına diqqət yetirilir. Bununla yanaşı, Azərbaycan dili dərslərində ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı materiallardan istifadə olunur.

Layihənin əsas məqsədlərindən biri şagirdlərin Azərbaycan dili üzrə bilik və bacarıqlarının formalaşdırılması ilə yanaşı, Azərbaycan haqqında məlumatlılığın artırılması, dilimizin və mədəni irsimizin tanıdılmasıdır.

Azərbaycandan Qırğızıstana ilk dəfə müəllimin göndərilməsi xarici ölkələrdə Azərbaycan dilinin tədrisinin genişləndirilməsi, eləcə də Azərbaycan–Qırğızıstan arasında təhsil və mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyətli addımdır.

19:34 - 13 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin