Yuliya Pasternak vəzifəsindən ayrıldı

 Yuliya Pasternak vəzifəsindən ayrıldı

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə aparat rəhbəri Yuliya Pasternak vəzifəsindən ayrılıb.

Asayis.az Xitab24.az-a istinadla xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxıb.

Onun hansı səbəbdən işdən ayrıldığı hələlik bəlli deyil.

Rəhbər vəzifələrdə başqa dəyişikliklərin də olacağı gözlənilir.

Qeyd edək ki, Y. Pasternak bu vəzifəyə ötən ilin oktyabrında təyin olunmuşdu.

09:46 - 13 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin