Azərbaycanlılar bu ölkədən deport edildi

 Azərbaycanlılar bu ölkədən deport edildi

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər çərçivəsində 112 əcnəbi vətəndaşı deport edib.

Asayis.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Məlumatda bildirilib ki, Azərbaycan, Ermənistan, Banqladeş, Burundi, Vyetnam, Misir, İordaniya, Hindistan, İraq, Keniya, Livan, Mərakeş, Nigeriya, Nepal, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıb.

Deportasiya olunmuş şəxslərin Gürcüstana girişi qadağan edilib.

12:14 - 13 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin