Bu gün axşam saatlarından etibarən Tovuz rayonunun Çobansığnaq kəndi ərazisinə dolu yağıb.
Asayis.az Teleqraf-a istinadən xəbər verir ki, dolu təxminən 8-10 dəqiqə davam edib.
İlkin məlumata görə, təbiət hadisəsi nəticəsində yol infrastruktruna və ağaclara ziyan dəyib.
Məlumat üçün bildirək ki, axşam saatlarından etibarən qərb bölgəsində yağışlı hava şəraiti davam edir.
