BYD ilə ağır qəza törətdi: ölən var

 BYD ilə ağır qəza törətdi: ölən var

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza qeydə alınıb.

Asayis.az xəbər verir ki, hadisə Koroğlu prospektində baş verib.

Məlumata görə, 1991-ci il təvəllüdlü Vüqar Elşən oğlu Aslanov idarə etdiyi "BYD Destroyer A05" markalı avtomobillə piyada, 1973-cü il təvəllüdlü Qabil Salman oğlu Həşimovu vurub. Ağır xəsarətlər alan piyada həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.

10:18 - 22 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin