Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dron hücumuna məruz qalıb.
Asayis.az Report-a istinadla xəbər verir ki, hücum zamanı bir neçə dron idarənin rəisin otağı istiqamətini hədəf götürüb.
Otaq və bütün mərtəbə tamamilə sıradan çıxıb.
R.Vəliyev otağı təhlükə hiss edən kimi tərk etdiyinə görə, xəsarət almayıb. İdarədə olan polislərdən də tələfat olmayıb.
Rüstəm Elçin oğlu Vəliyev 3 ilə yaxındır Pavloqradın polis rəisidir, əslən Azərbaycanın Salyan rayonundandır.
