Cəlilabadda ovçuluq təsərrüfatı yanır

 Cəlilabadda ovçuluq təsərrüfatı yanır

Cəlilabad rayonu ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub.

Yanğın baş verən ərazidə quru ot kütləsi üstünlük təşkil etdiyi üçün yanğın genişlənməkdə davam edir.

16:06 - 21 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin