Mərkəzi Bank (AMB) "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verib.
Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, bank "Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası"nın 3.20-ci bəndinin tələblərinə riayət etməyib.
Beləliklə, "Banklar haqqında" qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, “Rabitəbank” ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi barədə zəruri tədbirlərin görülməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
