Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur?

 Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur?

Bir müddət əvvəl fermerlərdən birinin südün alış qiymətinin həddən artıq aşağı olmasına etiraz olaraq məhsulu küçəyə tökməsi bölgələrdə kənd təsərrüfatı məhsullarının topdansatış qiymətləri ilə bağlı problemi yenidən gündəmə gətirib.

Asayis.az Baku TV-yə istinadla xəbər verir ki, iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, problemin əsas səbəblərindən biri Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının əksəriyyətinin kiçik və ailə təsərrüfatlarından ibarət olmasıdır.

"Əksər istehsalçılarımız ailə, mikro və kiçik təsərrüfatlardır. Onların dəyər zəncirinin bütün halqalarında iştirak etmək və öz məhsullarını son istehlakçıya çatdırmaq imkanları məhduddur", - deyə ekspert bildirib.

10:42 - 22 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin