Sabiq icra başçısı bu vəzifəsindən azad edildi - 7 ay sonra

 Sabiq icra başçısı bu vəzifəsindən azad edildi - 7 ay sonra

Bu ilin fevral ayında yaradılan “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elçin Məmməd oğlu Hüseynəliyev vəzifəsindən azad edilib.

Asayis.az Qaynarinfo-ya istinadla xəbər verir ki, sözügedən vəzifəyə Samin Amin oğlu Hüseynov təyin edilib.

Bu barədə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr vəzifələrini müvəqqəti icra edən Nihad Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Elçin Hüseynəliyev 2005–2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı olub. O, uzun müddət “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin köməkçisi vəzifəsində çalışıb.

10:38 - 22 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin