Tiktokda quzu “satan” şəxs saxlanıldı

 Tiktokda quzu “satan” şəxs saxlanıldı

Sosial şəbəkədə quzu satışı adı ilə dələduzluq edən şəxs saxlanılıb.

Asayis.az xəbər verir ki, sosial şəbəkələrdə xırdabuynuzlu heyvan satışı ilə bağlı saxta elanlar yerləşdirərək vətəndaşları aldadan şəxslə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə bir sıra şikayətlər daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 32 yaşlı Orxan Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Tiktok sosial şəbəkəsində quzu satışı ilə bağlı elanlar yerləşdirib.

O.Həsənov elanla bağlı müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə beh aldıqdan sonra onlarla əlaqəni kəsib.

Araşdırma davam etdirilir.

14:18 - 21 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin