Bakı sakinini döyüb pulunu, telefonunu və bank kartını götürdü

 Bakı sakinini döyüb pulunu, telefonunu və bank kartını götürdü

Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyərək onun 960 manat pulunu, içərisində 250 manat dəyərində mobil telefon və 2 ədəd bank kartı olan çantasını götürüb.

DİN-in Mətbuat Xidmətindən Asayis.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Elvin Fərəcov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

13:02 - 29 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin