600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

Builki imtahanlarda iştirak edərək 600-dən çox bal toplayan 30 abituriyent ali məktəbə qəbul olunmayıb.

Asayis.az xəbər verir ki, bu barədə DİM-in nəşr etdiyi “Abituriyent” jurnalının 7-ci sayında məlumat qeyd edilib.

Bu abituriyentlərin hamısı IV ixtisas qrupu üzrə imtahanlarda iştirak edənlərdir. Digər qruplarda 600-dən çox balla müsabiqədən kənarda qalan abituriyentlər yoxdur.

Eyni zamanda builki imtahanlarda iştirak edərək 500-dən çox bal toplayan 106 abituriyent ali məktəbə qəbul olunmayıb. Bu abituriyentlərin də 97 nəfəri IV ixtisas qrupu üzrə, 9 nəfəri isə III ixtisas qrupu üzrə imtahanlarda iştirak edənlərdir. 500-600 arası bal toplayıb müsabiqədən kənarda qalanların sayı isə 76 nəfərdir.

17:22 - 27 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin