Bakıda bu yol bağlanır

 Bakıda bu yol bağlanır

Bu gün Bakının Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Asayis.az-a verilən məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.

Məhdudiyyət saat 22:00-dan təmr işləri bitənə qədər tətbiq ediləcək. Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

16:50 - 28 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin