Sabah 10 kənd qazsız qalacaq

 Sabah 10 kənd qazsız qalacaq

Sabah Sabirabad rayonunun 10 kəndində qaz təchizatı dayandırılacaq.

Asayis.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 28-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

16:02 - 27 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin