Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salındı

 Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salındı

Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə ümumilikdə daha 18 ailə yola salınıb.

Asayis.az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 15 (86 nəfər), Horovlu kəndinə isə 3 ailənin (12 nəfər) daimi qayıdışı təmin olunub.

Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

12:04 - 28 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin