Məşhur aşpazın yeganə övladı faciəvi şəkildə öldü

 Məşhur aşpazın yeganə övladı faciəvi şəkildə öldü

Bakıda 20 yaşlı tələbə faciəli şəkildə həyatını itirib.

Asayis.az Musavat.com-a istinadla xəbər verir ki, əslən Salyan rayonundan olan Şirməmməd Atayev Bakı şəhərində binanın eyvanından yıxılaraq vəfat edib.

Məlumata görə, Şirməmməd Atayev məşhur aşpaz Azər Atayevin yeganə oğlu olub. O, 3-cü kurs tələbəsi idi. Mərhumun anası isə kollecdə müəllim kimi çalışır.

13:48 - 29 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin