Bakıdan Rusiyaya uçmalı olan təyyarələr havaya qalxa bilmədi

 Bakıdan Rusiyaya uçmalı olan təyyarələr havaya qalxa bilmədi

Bu gün dron hücumları ilə əlaqədar Rusiyanın iri hava limanlarında uçuşlarda kütləvi gecikmələr var.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, gecikmələr Azərbaycandan yola düşəcək təyyarə reyslərinə də təsir göstərib.

Belə ki, Bakıdan Rusiyanın “Vnukovo” və “Koltsovo” hava limanlarına yola düşməli olan uçuşlarda planlaşdırılan vaxtda havaya qalxa bilməyib.

Bundan əlavə, Rusiyadan Azərbaycan istiqamətində səfərlərin də vaxtı dəyişdirilib.

Məlumata görə, Moskvanın “Vnukovo” hava limanından Gəncəyə uçacaq təyyarə yerli vaxtla 12:40-da, “Domedodovo”dan Bakıya yola düşən təyyarə isə 14:10-da havaya qalxacaq.

Qeyd edək ki, avqustun 22-də Rusiyanın bir sıra hava limanlarında dron hücumları ilə bağlı təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunmuşdu.

13:18 - 27 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin