Xocavənddə 2 kəndin giriş yolları tikilir - Video

 Xocavənddə 2 kəndin giriş yolları tikilir - Video

Qarabağda rayonları birləşdirən iri yol layihələri ilə yanaşı, kənd yollarının da yenidən qurulması davam edir.

Bu barədə Asayis.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, Xocavənd rayonunda Quzeyxırman və Sos kəndlərinin giriş yolları tikilir.

Yeni yollar kəndlərin nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına və rahat gediş-gəlişin təmin olunmasına xidmət edir.

14:36 - 28 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin