Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 22-də Bakı şəhərinin Yasamal rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Asayis.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Mehman Bunyadzadə, İzmir, Eldar Ağayev, Məhəmməd Xiyabani və Məhəmməd Xiyabani döngə 1, Əjdər Ağayev, Çuxursəd küçələrində, həmçinin 1-ci Alatava adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişinə məhdudiyyət tətbiq ediləcək.
Görülən işlər başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
