Xocavəndin minalanmış ərazisində yanğın başladı

 Xocavəndin minalanmış ərazisində yanğın başladı

Xocavənd rayonunda açıq ərazidə yanğın baş verib.

Asayis.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini çətinləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

12:30 - 19 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin