İsmayıllıda ağır qəza: 3 ölü

 İsmayıllıda ağır qəza: 3 ölü

İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə Qurbanəfəndi kəndi istiqamətində yolda baş verib.

Məlumata görə, “Opel” markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər, eləcə də motosikiletin sürücüsü ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

13:26 - 19 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin