Əsgər üçün aparılan ərzaq niyə qəbul edilmir? - Rəsmi

 Əsgər üçün aparılan ərzaq niyə qəbul edilmir? - Rəsmi

Bakıda yerləşən hərbi hissələrdən birində övladı ilə görüşə gedən vətəndaş tətbiq olunan qaydalarla bağlı narazılığını bildirib. Belə ki, onun özü ilə apardığı ərzaq məhsullarının hərbi hissənin ərazisinə keçirilməsinə icazə verilməyib. Halbuki onun apardığı məhsullardan bəziləri hərbi hissənin daxilindəki mağazada satılır.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov Asayis.az-a bildirib ki, hərbi qulluqçular dövlət hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən etdilmiş normalar üzrə ərzaqla təmin edilirlər.

“Hərbi hissələrdə fəaliyyət göstərən əsgər mağazalarında satılan qida və içki məhsulları Azərbaycan Respublikasının "Qida təhlükəsizliyi haqqında" Qanununa və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təsdiq etdiyi sanitar-gigiyenik normalara və texniki reqlamentlərə cavab verir. Bu normalara uyğun olaraq qida və içki məhsullarının qəbulu, saxlanılması, hazırlanması və satışı mağazanın yerləşdiyi hərbi hissənin həkim heyəti və aidiyyəti üzrə digər vəzifəli şəxslərinin nəzarəti ilə həyata keçirilir. Bu baxımdan əsgər yaxınlarının həssaslığını nəzərə alaraq ev şəraitində hazırlanan, daşınması və saxlanılması xüsusi şərait tələb edən qidaların hərbi hissələrə gətirilməsi məsləhət görülmür”, - o vurğulayıb.

A.Eyvazov qeyd edib ki, hərbi hissənin daxilindəki mağazalarda satılan məhsulların alınması könüllü xarakter daşıyır və vətəndaşların öz istəyindən asılıdır.

10:50 - 21 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin