Qaradağ kanalında batan şəxsin meyiti tapıldı

 Qaradağ kanalında batan şəxsin meyiti tapıldı

İyulun 17-də Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində batan 1967-ci il təvəllüdlü Rəsul İbiş oğlu Bünnətovun meyiti tapılıb.

Bu barədə Asayis.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən şəxsin meyiti batdığı yerdən təxminən 40 km aralı, Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində suda tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

17:42 - 21 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin