Azərbaycan əhalisinin sayı açıqlandı

 Azərbaycan əhalisinin sayı açıqlandı

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 9287 nəfər və ya 0,1% artaraq 2026-cı il iyun ayının 1-i vəziyyətinə 10271638 nəfərə çatıb.

Asayis.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkə əhalisinin 54,3%-ni şəhər, 45,7%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir.

10:08 - 21 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin