Vado Korovinin Speys TV-nin rəhbər vəzifəsindən azad olunmasından sonra telekanalda islahatlar davam edir.
Asayis.az Qaynarinfo-ya istinadal xəbər verir ki, "Speys 104 FM" radiosunun direktoru Sərxan Qədimov da vəzifəsindən azad edilib.
Bundan başqa, Vado Korovinin sürücüsü də işindən çıxarılıb.
Qeyd edək ki, Sərxan Qədimov 2024-cü ilin avqustunda "Space" radiosuna direktor təyin edilmişdi. 14 il ATV telekanalında çalışan Sərxan Qədimov daha sonra "Space" televiziyasında Musiqi departamentinin rəhbəri olub.
