Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi istifadədə olmuş əmlakların satışı üçün növbəti onlayn hərracını elan edib.
Asayis.az xəbər verir ki, hərrac platformasında müxtəlif kateqoriyalar üzrə mallar, o cümlədən nəqliyyat vasitələri, mebellər və elektron avadanlıqlar təklif olunur.
Məlumata görə, Bakı üzrə növbəti hərrac sessiyası 20 aprel 2026-cı il, saat 10:00-da başlayacaq və 22 aprel 2026-cı il, saat 12:00-da başa çatacaq.
Hərracda iştirak edənlər aşağıdakı kateqoriyalarda məhsullar üçün qiymət təklifi verə bilərlər:
- Nəqliyyat vasitələri: İstifadə olunmuş xidməti avtomobillər.
- Məişət avadanlıqları: Soyuducular, paltaryuyan maşınlar və s.
- İT və texnika: Kompüterlər, monitorlar və telekommunikasiya cihazları.
- Mebel: Ofis və ev üçün müxtəlif mebel dəstləri.
