Sədrin işdən çıxardığı müavini nazir müşaviri təyin olundu

 Sədrin işdən çıxardığı müavini nazir müşaviri təyin olundu

Müdafiə sənayesi naziri Vüqar Mustafayevə yeni müşavir təyin olunub.

Asayis.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tariyel Mirzəyev nazirin müşaviri təyin edilib.

Qeyd edək ki, T.Mirzəyev bu təyinatdan əvvəl Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) sədr müavini vəzifəsində çalışıb. O, ötən ay vəzifəsindən azad olunub.

15:06 - 8 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin