28 May-Nizami stansiyaları arasında avtobuslar pulsuz olacaq?

 28 May-Nizami stansiyaları arasında avtobuslar pulsuz olacaq?

Bakı metrosunda xətləri ayrılması layihəsi icra edilərkən “28 May” və “Nizami” stansiyaları arasında avtobusların ödənişsiz fəaliyyət göstərməsi məsələsi müzakirə edilir.

Asayis.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.

“Bu məsələ yalnız Metropolitenə bağlı deyil. Proses üzrə bütün aidiyyəti qurumlar kompleks şəkildə işləyir. Bütün bunlar öncədən ictimaiyyətə elan ediləcək”, - deyə o əlavə edib.

13:28 - 8 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin