Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto

 Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto

Quba rayonunda Qonaqkənd istiqamətində torpaq sürüşməsi qeydə alınıb.

Asayis.az APA-ya istinadən xəbər verir ki, sürüşmə prosesi hazırda da davam edir.

Sürüşmə nəticəsində Qonaqkənd istiqamətində nəqliyyat əlaqəsi məhdudlaşıb, kommunikasiya xətləri zədələnib.

Hazırda vəziyyət nəzarətdə saxlanılır.

Rəsmi qurumlar fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür, ərazidə intensiv iş aparılır.

11:06 - 7 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin