Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama

 Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama

Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailə üzvlərinin sosial-psixoloji reabilitasiyası ilə bağlı kompleks tədbirlər planı hazırlanıb.

Asayis.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə ailənin qiymətləndirilməsi aparılıb:

"Qiymətləndirmənin nəticələrinə əsasən, ailə üzvlərinin sosial-psixoloji reabilitasiyası istiqamətində kompleks tədbirlər planı hazırlanıb. Proses boyunca peşəkar sosial işçilər və psixoloqlar tərəfindən ailəyə mütəmadi dəstək göstəriləcək".

Qeyd edək ki, aprelin 1-i saat 18:10 radələrindən başlayaraq Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, biri ölüb.

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında digərlərinin müalicəsi davam etdirilir.

18:36 - 6 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin