Zaur Əliyevə yüksək vəzifə verildi

 Zaur Əliyevə yüksək vəzifə verildi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş İdarə Heyətinin sədri Zaur Əliyevə yüksək vəzifə verilib.

Asayis.az Bakupost.az-a istinadən xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, bu ilin mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.

20:28 - 7 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin