Daha bir Azərbaycan vətəndaşı Rusuya ilə Ukrayna arasında gedən müharibədə həlak olub.
Asayis.az APA-ya istinadla xəbər verir ki, Ucar rayonu Qarabörk kənd sakini, 1999-cu il təvəllüdlü Soltan Kamran oğlu Qədirov 1 il öncə müharibə bölgəsində itkin düşüb. Mərhumun nəşi tapılaraq Vətənə gətirilib və ailəsinə təhvil verilib. Soltan Qədirovun nəşi Qarabörk kənd qəbiristanlığında torpağa tapşırılıb.
S.Qədirovun Rusiya tərəfindən döyüşlərdə iştirak etdiyi bildirilir.
