Evinin damını təmir edərkən yıxıldı, öldü

 Evinin damını təmir edərkən yıxıldı, öldü

Gəncə şəhərində hündürlükdən yıxılan 53 yaşlı kişi həyatını itirib.

Asayis.az Report-a istinadən xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1973-cü il təvəllüdlü Hafiz İsmayılov şəxsi evinin dam örtüyünü təmir edərkən yıxılıb.

O, aldığı xəsarətdən hadisə yerində ölüb. Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

18:02 - 6 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin