ADY yanvar-mart aylarında 24% daha çox sərnişin daşıyıb

 ADY yanvar-mart aylarında 24% daha çox sərnişin daşıyıb

ADY bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 24% daha çox sərnişin daşıyıb.

Asayis.az xəbər verir ki, bu barədə ADY məlumat paylaşıb.

Bildirilib ki, qeyd olunan dövrdə Bakı-Qazax-Bakı (102 723 nəfər) və Bakı-Balakən-Bakı (21 812 nəfər) marşrutları ilə səfər etmiş sərnişinlərin sayında müvafiq olaraq 8% və 18% artım qeydə alınıb:

“Eyni zamanda, 2026-ci ilin mart ayında daşınmış ümumi sərnişin sayı 2025-ci ilin analoji dövrünün göstəricisini 27 faiz üstələyib”.

14:48 - 6 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin