Bakının bu ərazilərində sürüşmə aktivləşdi

 Bakının bu ərazilərində sürüşmə aktivləşdi

Son günlər yağan intensiv yağıntılar nəticəsində Bakının Bibiheybət yolunda mövcud sürüşmə sahəsi aktivləşib.

Asayis.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.

Onun sözlərinə görə, eyni zamanda, Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazisində, Salyan şosesində də mövcud sürüşmə sahələrində aktivlik qeydə alınıb:

"Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır. Hazırda aidiyyəti qurumlar tərəfindən ərazilərdə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir".

13:56 - 6 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin