Məktəbli qardaşlara xəsarət yetirildi: qazi saxlanıldı

 Məktəbli qardaşlara xəsarət yetirildi: qazi saxlanıldı

Ağsuda bıçaqlanma hadisəsi baş verib.

Asayis.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ağsu şəhər 1 saylı orta məktəbin qarşısında, idman meydançasında qeydə alınıb.

Rayon sakini 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi R.S. arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Mübahisə zamanı D.Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn qardaşı -16 yaşlı A.S-ya isə əli ilə vuraraq xəsarət yetirib. Xəsarət alan qardaşlara tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

D.Bağırovun Vətən müharibəsi qazisi olduğu bildirilir.

13:12 - 6 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin