Oğlunun toyunda başına aqlay daşı düşdü, öldü

 Oğlunun toyunda başına aqlay daşı düşdü, öldü

Göygöldə bədbəxt hadisə baş verib.

Asayis.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü A.Huseynovun başına restoranın yaxınlığında aqlay daşı düşüb. O, xəstəxanaya çatdırılsada, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.Huseynov bu gün hadisə baş verən restoranda oğluna toy məclisi keçirirmiş. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

17:24 - 4 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin