Əli Kərimlinin mühafizəçisinə hökm oxundu

 Əli Kərimlinin mühafizəçisinə hökm oxundu

AXCP sədri Əli Kərimlinin mühafizəçisi işləmiş Novruz Tağıyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Asayis.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq N.Tağıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən ev alqı-satqı məsələlərində vasitəçiliklə məşğul olub. O, buna görə vətəndaşın 71 min manatını alaraq mənimsəməkdə təqsirləndirilib.

N.Tağıyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham elan edilib.

14:52 - 3 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin