Bakı metrosuna yeni qatarlar alınacaq

 Bakı metrosuna yeni qatarlar alınacaq

Hazırda Bakı metropolitenində 3-cü nəslə aid 36, eləcə də yeni - 4-cü nəslə məxsus daha 36 qatar tərkibi istismar olunur.

Axar.a xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Qeyd olunub ki, 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə əlaqədar hazırda yeni qatarların alınması istiqamətində tədbirlər görülür:

"Dövlət Proqramına uyğun olaraq, yeni vaqonların alınması ilə bağlı tender elan olunduqdan sonra qalib tərəflə müqavilə imzalanaraq istehsal prosesinə başlanılacaq. Bununla əlaqədar yeniliklər olduğu təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək".

18:16 - 2 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin