Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - Şok

 Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - Şok

Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırılmasından sonra bu qurumda aparılan maliyyə pozuntuları ağlasığmaz korrupsiyanı üzə çıxarıb.

Asayis.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, aparılan yoxlamaların nəticəsində son illərdə 1 milyard dövlət vəsaitinin talan olunması müəyyən olunub.

Bildirilir ki, Saleh Məmmədovun qarşısında bu vəsaiti geri qaytarmaq tələbi qoyulub.

“Əks təqdirdə, prosesin sonu Saleh Məmmədovu və ətrafını həbsi ilə nəticələnəcək” deyə mənbə əlavə edib.

Məlumatda həmçinin o da qeyd olunur ki, Saleh Məmmədov vəziyyətin yumşaldılması üçün yeni maliyyə naziri Sahil Babayevlə görüşməyə cəhd etsə də, buna nail ola bilməyib.

16:08 - 2 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin