Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

 Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Sumqayıt şəhərində bir ailə üzvlərinin dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Asayis.az xəbər verir ki,hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakinləri – 2015-ci il təvəllüdlü Cəbrayıl Kamil oğlu Cəbrayılov, 2018-ci il təvəllüdlü Məhəmməd Kamil oğlu Cəbrayılov, 2019-cu il təvəllüdlü Həmzə Kamil oğlu Cəbrayılov, 2021-ci il təvəllüdlü Ayişə Kamil qızı Cəbrayılova və 2024-cü il təvəllüdlü Gülcənnət Kamil qızı Cəbrayılova yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.

Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

12:36 - 2 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin