Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı

 Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı

Paytaxtın Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

Asayis.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə aprelin 2-də səhər saatlarında Biləcəri qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxslərin 2008-ci il təvəllüdlü oğulları polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

09:44 - 2 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin