Bakıda dəhşət: qardaş qardaşı qətlə yetirdi

 Bakıda dəhşət: qardaş qardaşı qətlə yetirdi

Bakıda şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Asayis.az-a verilən məlumata görə, martın 30-da paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Qamət Teymurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1990-cı il təvəllüdlü Qismət Teymurovun aralarında yaranmış mübahisə zamanı Qamət Teymurovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qismət Teymurov iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, Qismət Teymurov Qamət Teymurovun qardaşıdır.

13:16 - 31 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin