Xırdalanda su problemi nə vaxt düzələcək? - Açıqlama

 Xırdalanda su problemi nə vaxt düzələcək? - Açıqlama

Martın 26-sı gecə saatlarında başlayan yağışlardan sonra Xırdalan ərazisində su təchizatı ilə bağlı problemlər yaranıb. Sakinlərin sözlərinə görə, gün ərzində su ya ümumiyyətlə verilmir, ya da fasilələrlə gəlir. Bildirilir ki, ümumilikdə gündə təxminən 5 saat su olmur.

Məsələylə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Asayis.az-a bildirilib ki, intensiv yağışlardan sonra ərazidəki nasos stansiyasında yaranan problem hazırda aradan qaldırılmaqdadır.

“Ötən gün axşamdan 2 nasos işə salınıb, dünən gecədən səhər saatlarına qədər suyun verilməsi bir sıra ünvanlar üzrə həyata keçirilib. Hazırda da nasosxanada bərpa işləri intensiv davam etdirilir.

Nasos stansiyasında yaranan vəziyyət tam aradan qaldırılan kimi bütün ünvanlar üzrə suyun verilməsi əvvəlki qrafikə uyğun bərpa ediləcək”, - açıqlamada qeyd edilib.

12:42 - 31 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin