Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə fasiləsiz olaraq davam etdirilib.
Bu barədə Asayis.az-a FHN-dən verilən məlumatda bildirilib.
Məlumata görə, görülmüş tədbirlər nəticəsində 36-sı azyaşlı olmaqla ümumilikdə 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
