Abşeronda iki avtomobil yandı

 Abşeronda iki avtomobil yandı

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Asayis.az-a verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində "Hunday" markalı minik avtomobilinin salon və mühərrik hissəsi, yaxınlıqda dayanmış BMV markalı minik avtomobilinin isə arxa hissəsi qismən yanıb.

Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

10:44 - 29 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin