Adil Əliyevə vəzifə verildi

 Adil Əliyevə vəzifə verildi

Adil Əliyev Dünya Kikboksinq Təşkilatının (WAKO) Beynəlxalq İnkişaf Komitəsinin üzvü seçilib.

Asayis.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə təşkilatın prezidenti Roy Baker tərəfindən göndərilən rəsmi məktubda bildirilir.

Məktubda vurğulanır ki, bu təyinat Adil Əliyevin kikboksinqin Azərbaycanda və regionda inkişafına göstərdiyi fəaliyyətlə əlaqələndirilir. Həmçinin qeyd olunur ki, Beynəlxalq İnkişaf Komitəsinə WAKO-nun birinci vitse-prezidenti Espen Lund rəhbərlik edir.

Komitənin başlıca məqsədi dünyada kikboksinq idman növünün inkişafı, yayılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və idmanda mükəmməlliyə nail olmağa xidmət edən təşəbbüslərin dəstəklənməsidir.

15:26 - 26 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin