Tərtər rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Asayis.az xəbər verir ki, qəza hadisəsi rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində iki qardaş - 1958-ci il təvəllüdlü Nəsrəddin Ağayev və 1971-ci il təvəllüdlü Yunus Ağayev həyatını itiriblər.
Qəzada 1991-ci il təvəllüdlü Sənan Ağayev və Könül Aslanova da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
